Ukrayna-Rumıniya sərhədində ukraynalı sərhədçilərə hücum olub. Naməlum şəxslər onların silah və qumbaralarını götürərək Rumıniyaya qaçıblar.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko təsdiqləyib.
“Bu gün Transkarpatiyada sərhəd naryadının hərbçilərindən birinə hücum edən şəxslər sərhədi qanunsuz keçmək istəyərkən, hərbçiyə hücum edərək silahlarını götürüblər Qonşu ölkə istiqamətində qaçıb”, - deyə o bildirib.
Demçenkonun sözlərinə görə, dərhal əraziyə qanun pozucularının axtarışı üçün əlavə qruplar göndərilib. Rumıniya sərhədçiləri və əməkdaşlıq edən hüquq-mühafizə orqanları da məlumatlandırılıb. Daha sonra Ukrayna sərhədçiləri hadisə ilə bağlı rumıniyalı həmkarlarına məlumat veriblər.
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı