Putin Ukraynaya qarşı işğalçı müharibəyə qərar verməmişdən öncə köməkçilərinə, müşavirlərinə və nazirlərinə mümkün ssenarilər barədə hesabat hazırlamaq tapşırığı verməyib. Müharibənin uzanacağı halda bunun Rusiya üçün hansı fəsadlar yaradacağı proqnozlaşdırılmayıb. Kremlin yeganə yanlış ssenarisi o olub ki, bir həftəyə qoşunlar Kiyevə daxil olacaq və Ukraynada Moskvaya tabe olacaq hakimiyyət qurulacaq.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, görünür, Kremli 2008-ci ildə bir neçə günün içərisində Gürcüstan müharibəsində qazandığı uğur və 2014-cü ildə bir güllə atmadan Krımın ilhaqı ilhamlandırıb:
“Elə biliblər ki, Ukraynanın qalan hissəsini də asanlıqla özlərinə tabe etdirəcəklər. İlişiblər və Kremlin indiki ağır vəziyyətdən neçə cıxacağına dair aydın təsəvvürü yoxdur”.
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək