ABŞ-dan birbaşa F-16 qırıcıları almağımız mümkün deyil. Həmçinin bu qırıcıların üçüncü ölkələrə satışı da yalnız ABŞ-ın icazəsi ilə mümkündür. Bu səbəbdən nə İsrail, nə də Türkiyə, istəsələr belə, ABŞ-ın razılığını almadan, bu qırıcıları Azərbaycana verə bilməzlər.
Bu sözləri BUTA.TV-a hərbi ekspert Elxan Şıxəliyev Azərbaycanın F-16 döyüş təyyarələri əldə etməsinin mümkünlüyü haqqında danışarkən deyib.
Ekspert bildirib ki, Azərbaycanın digər alternativləri var:
“Pakistan istehsalı “JF Tunder -17” təyyarələri bu gün bizim üçün daha əlçatandır. Çünki Pakistanla əlaqələrimiz qardaşlıq səviyyəsindədir, hərbi tərəfdaşlığımız var və İslamabad bu qırıcıların Azərbaycana satılmasına razıdır. O yöndə müzakirələr də gedib. JF-17-lər taktiki-texniki xüsusiyyətlərinə görə ehtiyaclarımızı ödəyə bilən döyüş təyyarələrindəndir”.
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək