Vatsapda yeni funksiyalar tətbiq edilib. Belə ki, populyar mesajlaşma tətbiqində stiker yaratma imkanları genişləndirilib.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Bildirilib ki, əsas yeniliklərdən biri Vatsap-a "Giphy" stiker kitabxanasının inteqrasiyası olacaq. İstifadəçilər mətn sorğuları və ya emojilər vasitəsilə asanlıqla stikerlər axtara və paylaşa biləcəklər.
Eyni zamanda, saxlanılan stikerlərin təşkili təkmilləşdirilib. İndi ən çox istifadə olunan stikerləri yuxarı hissəyə köçürmək və ya lazımsızları silərək kolleksiyanı optimallaşdırmaq mümkündür.
Bütün bu yeniliklər bir neçə həftə ərzində tədricən tətbiq ediləcək.
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək