İsveçrədən olan tədqiqatçılar, BMT və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri belə qənaətə gəliblər ki, 136 aşağı və orta gəlirli ölkədə 4,4 milyarddan çox insan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində nəzərdə tutulduğu kimi təmiz, təhlükəsiz suya davamlı çıxışdan məhrumdur. Bu da ÜST və UNICEF-in 2020-ci ildəki təxminlərindən iki dəfə çoxdur.
BUTA.TV xəbər verir ki, alimlərin bu fikirləri “Science” elmi jurnalında dərc olunan məqalədə yer alıb.
“Təmiz və təhlükəsiz suya çıxış insanların ayrılmaz hüququdur və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biridir”, - tədqiqatda deyilib.
Alimlər qeyd ediblər ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi zamanı bu problemin həlli aşağı və orta gəlirli ölkələrdə içməli suya çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, həmçinin müxtəlif bağırsaq infeksiyalarına yoluxma hallarını azaldacaq.
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək