Son illər Xəzər dənizində şirin su tısbağasının görüldüyü barədə şayiələr yayılırdı. Dəniz suyunun duzlu olması səbəbindən bu, inandırıcı görünmürdü.
BUTA.TV xəbər verir ki, bu barədə "ECOJER" Assosiasiyasının Regional ekoloji şurasının sədri bioloq Adilbek Kozıbakov sosial şəbəkələrdə məlumat verib.
O qeyd edib: “Aktau sakinlərinin bu tısbağaları uşaqları üçün evə gətirib sonra dənizə buraxdıqları ehtimalı istisna edilmirdi". Bioloqun sözlərinə görə, ona Kulalı adasında aşkar edilən bataqlıq tısbağasının şəkil və videosu göndərilib.
“Beləliklə, çoxillik şayiələr təsdiqləndi. Şirin su tısbağasının dəniz adasına necə düşdüyü və ən əsası, özü üçün qeyri-tipik olan dəniz mühitində necə yaşadığı isə sirr olaraq qalır”, - deyə o əlavə edib.
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək