Hökümətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanın ən nüfuzlu universiteti olan Eötvös Lorand Universitetinin Təhsil və psixologiya fakültəsinin doktorantura pilləsinə qəbul alan Orxan Abdullayev Qarabağ Universitetində Pedaqoji fakültənin dekan müavini vəzifəsinə təyin olunub.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, Orxan Abdullayev 1995-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2017-2019-cu illərdə Almaniyanın Johannes Mainz Guttenber Universitetində Sosiolinqvistika və çoxdillilik ixtisası, 2019-2021-ci illərdə Romanın La Sapienza Universitetində isə İngilis və Anglo-Amerikan tədqiqatları üzrə ikinci magistr təhsili alıb.
2021-2023-cü illərdə HTP çərçivəsində Eötvös Lorand Universitetində Təhsil Elmləri ixtisası üzrə magistr proqramını bitirib.
Hazırda Orxan Abdullayev HTP çərçivəsində Eötvös Lorand Universitetində Təhsil texnologiyaları üzrə doktorantura təhsili alır, “Süni İntellekt və onun təhsildə istifadəsi” üzrə tədqiqat işləri aparır.
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir