"Qarabağ" klubunun yeni qolkiperi Mateuş Koxalski "Dinamo Zaqreb"lə keçiriləcək UEFA Çempionlar Liqasının pley-off matçında sifariş ərizəsinə daxil edilə bilər.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, avrokubokların birinci, ikinci və üçüncü təsnifat mərhələlərində çıxış edən futbolçu transfer olunduğu komandanın heyətində pley-off mərhələsinin iştirak ərizəsinə daxil edilə bilər. Pley-off və qrup mərhələsində çıxış etmiş oyunçu isə keçid etdiyi komandanın sifariş ərizəsinə daxil edilə bilməz.
Polşa çempionatının ən güclü qapıçısını transfer edən "Qarabağ" Mateuş Koxalskini "Dinamo Zaqreb"lə görüşün sifariş ərizəsinə daxil edə və pley-off matçında oynada bilər.
Qeyd edək ki, Mateuş Koxalski bunadək "Legionoviya Legionovo", "Radomyak Radom" və "Legiya Varşava"da forma geyinib.
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir