Tovuz rayonunda Kür çayında tapılan meyitin şəxsiyyəti bəlli olub.
BUTA.TV xəbər verir ki, meyitin Tural Hüseyn oğlu Quliyevə məxsus olduğu müəyyənləşib.
Qeyd edək ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.
Xatırladaq ki, iyunun 2-də hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir