Ukrayna yalnız Kursk vilayəti ilə kifayətlənməyə bilər.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ukraynalı deputat, ölkənin Təhlükəsizlik Xidmətinin ehtiyatdakı polkovniki Roman Kostenko deyib.
O, Kursk əməliyyatının Rusiyaya mənəvi zərbə vurduğunu bildirib:
“Ciddi əməliyyatlar üçün rezervlər barəsində düşünməlisən. Cəbhəni yara bilərsən, amma bu, sənin qüvvələrini də bitirə bilər. Biz anlamalıyıq ki, Kurskdan sonrası üçün də planlarımız var. Lakin bunu etməyə düşmən bizə nə qədər imkan verəcək? Bundan sonra hərəkət etmək çətin olacaq”.
O, artıq Rusiyanın rezervlərinin qalmadığını bildirib.
Kostenko Moskvanın işğal edilmiş ərazilərdən qoşunlarını Kurska yönəltmək məcburiyyətində qalacağını bildirib.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı