Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulub.
BUTA.TV xəbər verir ki, son oyun günündə "Sabah" və "Zirə" komandaları üz-üzə gəliblər. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Zirə"nin heyətində qolları Rafael Utziq və Salifu Suma vurublar.
Günün ilk oyununda "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Turun daha əvvəl baş tutan qarşılaşmalarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz-Naxçıvan" "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə bərabərliklə bitib - 1:1.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı