Kurska hücum: Neçə nəfər yaralanıb? - Nazir açıqladı

16:10 - 11 Avqust 2024 - GÜNDƏM

 Kurska hücum: Neçə nəfər yaralanıb? - Nazir açıqladı

Rusiyanın səhiyyə naziri Mixail Muraşko Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə həmləsindən sonra ümumilikdə 106 nəfərin yaralandığını açıqlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə nazir TASS-a bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusunun Kursk vilayətinə həmləsi başladıqdan bəri 69 nəfər, o cümlədən 8 uşaq stasionar müalicə üçün xəstəxanalarda qalır.

Nazir vurğulayıb ki, 17 zərərçəkənin vəziyyəti ağırdır. Muraşko əlavə edib ki, dördü uşaq olmaqla 11 nəfər Moskvadakı tibb mərkəzlərində və xəstəxanalarda müalicə olunur. O qeyd edib ki, Kursk vilayətinin 29 sakininə ambulator yardım göstərilib, avqustun 11-nə olan məlumata görə, daha 8 nəfər isə xəstəxanalardan buraxılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Qazaxıstandan gəldi, Qarabağ uğrunda şəhid oldu

Beləliklə, Kursk vilayətində döyüşlər başlayandan azı 106 nəfər yaralanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol