Çempionlar liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Ludoqorets” klubu ilə qarşılaşan “Qarabağ” Bakıda 2-1 hesabı ilə məğlub oldu. “Köhlən atlar”ın məğlubiyyəti klub azarkeşləri və futbolsevərlər tərəfindən sərt tənqidlə qarşılandı.
Bir çoxları düşünür ki, “Qarabağ” özünə bab olan klubların daha çox olduğu Avroliqada mübarizə aparmaq istəyir. Əslində səslənən fikirlərdə məntiqi həqiqət də var. Bundan öncə artıq 1 dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisinin edə biləcəyi ən yaxşı nəticə yenidən qruplara düşmək olar. Lakin qrupdan çıxmaq hazırki şəraitdə demək olar ki, möcüzə belə deyil. Nəzərə alsaq ki, Çempionlar Liqasının hər qrupunda Avropanın ən az 2 top klubu yer alır və onlarla mübarizə aparmaq sözün əsl mənasında mümkünsüzdür. Lakin Avroliqa və Konfrans Liqası kimi turnirlər “Qarabağ” üçün daha ciddi nəailiyyət əldə etmək üçün olduqca əlverişlidir. Hazırda Azərbaycan çempionunun heyəti və oyun təcrübəsi sözügedən 2 turnirdə mübarizə aparan klublardan heç də geri qalmır, əksinə, əksəriyyətindən daha yaxşıdır. Güc səviyyələrini müqayisə etsək, “Qarabağ” indiki şəraitdə Avropanın “A” və “B” klass olmasa da, “C” klass klublarından biridir. Məsələn, təmsilçimiz Konfrans Liqasının son çempionu Yunanıstanın “Olimpiakos” klubundan heç də zəif deyil.
Azarkeşlərin iddialarının nə dərəcədə real olduğunu demək çətindir, ancaq görünən odur ki, “Qarabağ” hazırki oyunu və heyəti ilə ən az Konfrans Liqasında final və ya yarımfinal oynamaq gücündədir. Kim bilir, bəlkə də “Köhlən atlar” üçün ən sərfəlisi də məhz budur? Fikirlərimizi burada yekunlaşdırır və təmsilçimizə “Ludoqorets” səfərində qələbə arzu edirik!
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı