Kənd Təsərrüfatı Nazirliyi yanında Aqroservis ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Mehman Veysəlov gətirilib. Nazir Məcnun Məmmədov bu barədə müvafiq əmr imzalayıb.
Qeyd edək ki, M.Veysəlov bu vəzifədən əvvəl “Modern” şirkətlər qrupunun baş icraçı direktoru olub. Məcnun Məmmədov da Mehman Veysəlovun vaxtı ilə rəhbəri olduğu “Modern Group”da çalışıb.
Bildirək ki, 2011-ci ildə yaradılan “Modern” Şirkətlər Qrupuna “Az-Granata” MMC, “Modenis” MMC, “Modern Hospital”, “Great Motors”, “Mineral Sular” MMC, “Alyans Tekstil”, “Agsu Aqropark” QSC şirkətləri daxildir..
Xatırladaq ki, “Aqroservis” ASC-nin İdarə Heyətinin əvvəlki sədri Elmin Rəhmanov bu ilin avqust ayının 5-də vəzifəsindən azad edilib.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı