Astara rayonunda narkotikin təsiri altında avtomobil idarə edən rayon sakini həbs edilib.
BUTA.TV xəbər verir ki, rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin konstruksiyasına dəyişiklik edildiyi üçün nəqliyyat vasitəsi Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Daha sonra həmin avtomobili etibarnaməsiz, sürücülük vəsiqəsi olmadan idarə edən, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayan Şəhriyar Zülfüqarlının narkotik vasitədən istifadə etdiyi də müəyyən edilib.
Onun barəsində toplanmış material baxılması üçün baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Zülfüqarlı 15 gün müddətində inzibati qaydada həbs edilib.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı