Sumqayıtda qətl: Qardaşı arvadını öldürdü

13:16 - 9 Avqust 2024 - GÜNDƏM

 Sumqayıtda qətl: Qardaşı arvadını öldürdü

Sumqayıtda qətl törədilib.

Avqustun 9-da saat 12:30 radələrində Sumqayıt şəhəri ərazisində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov saxlanılıb. İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Bu xəbər hal-hazırda çox oxunur
Qod Nisanova Rusiyada fəxri ad verildi - Foto

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol