Sena çayının suyunun keyfiyyəti ilə bağlı analizlər Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarının arxayınlaşdırıcı bəyanatlarından çox fərqli reallığı ortaya qoyub.
BUTA.TV xəbər verir ki, bu haqda “Mediapart” məlumat yayıb.
Paris meriyası nəzdində olan “Eau de Paris” laboratoriyasının götürdüyü gündəlik nümunələr göstərib ki, suyun keyfiyyəti Olimpiadanın başlanmasından bəri yalnız iki gün qənaətbəxş olub.
Qeyd olunub ki, Olimpiya Oyunlarının təşkilatçıları isə suyun keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etdiklərini deyiblər. Ancaq iyulun 27-dən avqustun 5-dək toplanmış məlumatlar suyun davamlı çirkli olduğunu göstərib.
Yuxarı axında təmizləyici sistem deqradasiya olunmuş vəziyyətdədir. Paytaxtın kanalizasiya sistemlərində sızmalar baş verir. Tullantılar və yağış suyunun saxlanması üçün “Austerlitz” hövzəsinin tikintisi kimi investisiyalara baxmayaraq, Senanın suyu çirkli olaraq qalır və üzmək üçün yararlı deyil.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı