Azərbaycan atleti Anna Skidan Paris-2024 Yay Olimpiya Oyunlarında çəkicatma üzrə yarışın finalında mübarizə aparıb.
BUTA.TV xəbər verir ki, o, 12 idmançının yer aldığı həlledici mərhələdə ilk 3 cəhdinin yekununda 73,27 metr nəticə göstərərək 6-cı olub. Bununla da A.Skidan mübarizəni davam etdirən ilk “səkkizliy”ə düşüb. Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73,66 metrə çatdıran atletimiz olimpiadada 7-ci yeri tutub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?
- Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...
- Diqqət: Sabah Bakı metrosunun qrafikində dəyişiklik olacaq
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı