2024.07.30. 23:55
İsrailin Livanın paytaxtı Beyruta zərbələri nəticəsində bir qadın həlak olub, 17 nəfər isə xəsarət alıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl Əxbar” məlumat yayıb.
Yaralılar arasında uşaqlar da var. Onlar Bahman xəstəxanasına çatdırılıb.
Xatırladaq ki, İsrailin Beyruta zərbələri nəticəsində Hizbullahın iki komandiri öldürülüb.
***
4 və 6 yaşlarında iki uşaq İsrail zərbələrinin qurbanı olub. Onların cəsədləri dağıntılar altından tapılıb.
Bu barədə Livanın Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Yaralıların sayının isə 74-ə çatdığı bildirilib.
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video