Bakı şəhəri Xətai rayonunda yerləşən 245 saylı orta məktəbin həyətində faciə yaşanıb.
“BUTA.TV” Modern.az-a istinadən xəbər verir ki, məktəbin şagirdi Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Məlumata görə, yeniyetmə futbol oynamaq üçün məktəbin hasarından keçmək istəyərkən onu elektrik cərəyanı vurub.
Məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də təsdiqləyib. Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45-də təcili tibbi yardım bölməsinə cərəyan vurma səbəbi ilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video