Məsud Pezeşkian separatçı, pantürkist və ölkədə separatizmi, pantürkizmi açıq şəkildə təbliğ edən şəxsdir. Konstitusiyaya Nəzarət Şurasının (Keşikçilər Şurası) bu adamın namizədliyini təsdiq etməsində şübhəli məqamlar var.
BUTA.TV xəbər verir ki, bu sözləri Amerikanın Rutgers Universitetinin professoru və bu universitetin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru iranlı (fars) Huşəng Əmir Əhmədi deyib.
“Pezeşkian çəkinmədən türk və azərbaycanlı olduğunu deyir, etnik məsələləri qabardır və bunu təbliğ edir. Azərbaycanda türk dilində çıxış edir, bölgədə pantürkizmin cövlan elədiyi bir vaxtda, İbrahim Rəisinin həlak olduğu bir yerdə çəkinmədən türk olduğunu deyir, bu adamın seçkilərə buraxılması təhlükəlidir”,- professor “dərin narahatlıq”la bildirib.
O, bundan əvvəl Məhəmməd Xatəmi dövründə İranın federallaşması barədə çıxışları xatırladıb və Məsud Pezeşkianın seçkilərə buraxılmasını həmin planın davamı adlandırıb, bunun İranın parçalanmasına xidmət etdiyini iddia edib.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Qeyd edək ki, Huşəng Əmir Əhmədi radikal fars miliyyətçiliyi və şahçılıq cərəyanına mənsub olan tanınmış nəzəriyyəçilərdən biri sayılır.
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi
- ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir