Müğənni Manaf Ağayev qadın həmkarı Afət Fərmanqızına ev bağışlayıb.
BUTA.TV xəbər verir ki, bu haqda Afət dəbdəbəli mənzilində qonaq qəbul etdiyi “Ay Zaur” verilişində deyib. “Bu evi mənə Manaf bağışlayıb. Heç mən bunu qardaş-qardaş arasında görməmişdim. O məndən pul almadan bu evi adıma keçirdi. Bilmirəm o mənəmi bu qədər etibar etdi, yoxsa özü belə ürəkli oğlandır. Burada iki nüans var. Mən onda Manafı özüm üçün kəşf etdim ki, necə böyük ürəyə malikdir”, - deyə A.Fərmanqızı vurğulayıb.
Onun bu sözlərinə Manaf “Mən heç bir işi sənətə görə etmirəm. Mənim üçün ən əsası qarşımda duran insanın əsl insan olmasıdır” deyərək cavab verib.
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Fatma Mahmudova efirlərin birində meyxanaçı Namiq Məna tərəfindən ona bağ evi hədiyyə olduğunu bildirmişdi. Lakin söz xiridarı bu məsələnin zarafat olduğunu açıqlamışdı.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı