Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyi qadağan edilməsi müzakirələrə səbəb olub.
Əsas suallardan biri də qohumlar arasında hazırda nişanlı olanların nikahına icazə verilib-verilməyəcəyi ilə bağlıdır.
BUTA.TV xəbər verir ki, millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında qaydaların bir ildən sonra qüvvəyə minəcəyini bildirib.
“Qohum evlilikləri ilə bağlı yeni qaydalar 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də bu məsələdə tələsiklik yoxdur, yəqin ki, bu istiqamətdə müzakirələr davam edəcək. Qanun qəbul edilib, prezident qanunu imzalayandan sonra qüvvəyə minir”, - o deyib.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı