51 ədəd CNG tipli Avro-6 standartlı avtobusu paytaxtımıza gətirərək, istismarımızda olan marşrut xətləri üzrə sərnişinlərimizin xidmətinə vermişik.
Bu sözləri BUTA.TV-a açıqlamasında “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev avtobuslarda gediş haqqının 50 qəpik olmasından sonra xidmət keyfiyyətinin yaxşılaşması istiqamətində görüləcək işlər haqda danışarkən deyib.
“Şirkətimiz Bakı şəhərinə Avro-5 standartlarına cavab verən müasir iritutumlu avtobusları gətirərək sərnişinlərə xidmət göstərən ilk özəl daşıyıcıdır. Artıq 10 ilə yaxındır ki, davam etdirdiyimiz müxtəlif layihələr çərçivəsində yerli və xarici maliyyə təşkilatlarından böyük həcmdə investisiyalar cəlb edərək, avtobus parkımızı böyük ölçüdə yeniləmişik. Həmçinin, paytaxt ərazisində müasir standartlara cavab verən iki müasir istehsalat bazası quraraq xidmətə vermişik. Bu istiqamətdə layihələrimiz bundan sonra da davam edəcək və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeniliklər edəcəyik”, - Rzayev bildirib.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı