Rusiya-Ukrayna müharibəsi başladıqda çox az siyasətçi Üçüncü Dünya müharibəsi riski haqqında danışırdı, indi isə elə bir lider yoxdur ki, bu haqda fikir bildirməsin.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, nəzəri bilikləri ilə fərqlənən Türkiyənin xarici işlər naziri Hakan Fidandan tutmuş ABŞ Prezidenti Cozef Bayden və Ağ Evə yenidən yiyələnmək uğrunda mübarizə aparan Donald Trampa qədər, Üçüncü Dünya müharibəsinin başlaması ehtimalının yüksək olduğunu vurğulayanların sayı artıb:
“Rusiya-Ukrayna müharibəsi davam etdikcə böyük müharibə riski də artacaq. Misal üçün artıq Qara dəniz səmasında Rusiya təyyarələri ilə ABŞ-ın pilotsuz uçuş aparatları arasında toqquşma riski yüksəkdir. Birinci Dünya müharibəsi serb separatçının atdığı bir neçə güllə ilə başlamışdı, 4 illik müharibə milyonlarla insanın həyatına son qoydu.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Hazırda qarşıduran tərəflərin nüvə silahları var və bu dövlətlərin toqquşacağı halda tərəflərdən birinin düyməyə basmayacağından, o birisinin də cavab verməyəcəyindən heç kim sığortalanmayıb. Üçüncü Dünya müharibəsi riski hamını qorxudur, heç kim böyük müharibə istəmir, ancaq böyük dövlətlər Rusiya-Ukrayna müharibəsini dayandırmaq gücündə də deyillər. Müharibə getdikcə beynəlmiləlləşir”.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi