“Sürət həddini aşmısınızsa, heç kim sizi DYP postunda saxlayıb cərimələyə bilməz”.
“BUTA TV” xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev ATV-də qonaq olarkən danışıb. O bildirib ki, sürət həddi ilə bağlı protokollar elektron qaydada tərtib edilir: “Stasionar postda yol patrul xidmətinin əməkdaşı sürücünü saxlayıb sənədlərə baxış keçirə bilər. Lakin hər hansı qayda pozuntusu yoxdursa, ona protokol tərtib edə bilməz.
Və yaxud DYP əməkdaşı iddia edə bilməz ki, siz yolda sürət həddini keçmisiniz və sizə əllə protokol yazırıq. Çünki vizual olaraq sürət həddinin aşılmasını müəyyən etmək mümkün deyil, belə bir anlayış yoxdur. Bu hal yalnız xüsusi texniki vasitə ilə aşkar edilə bilər”.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi