Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.
BUTA.TV xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Globalinfo.az-a açıqlamasında “C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacağını bildirib.
“Bununla birlikdə “C-27J Spartan” təyyarələrinin alınmasının əsas səbəbi Azərbaycan Ordusunun logistik imkanlarının artırılmasıdır. İtaliya-ABŞ birgə istehsalı olan təyyarələr hərbi nəqliyyat sinfinə aiddir.
Bu təyyarələrdən 2022-ci ildə 87 ədəd sifariş edilib. Bunlardan iki ədədini də məhz Azərbaycan sifariş etmişdi. Ümumilikdə təyyarənin arsenalımıza daxil edilməsi modernləşdirmə proqramının bir hissəsidir”.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Ekspert deyib ki, “C-27J Spartan” təyyarələrini bir ədədinin qiyməti 53,3 milyon dollardır:
“NATO üzvü olan ölkələr, eləcə də Mərakeş, Peru, Türkmənistan və CAD bu təyyarələrdən istifadə edir. Təyyarənin uzunluğu 22.7, qanad uzunluğu isə 28.7 mm-dir. Ümumi hündürlüyü 9.65 metrdir. Təyyarə 11.5 ton yükü hərbi texnika ilə birlikdə daşıya bilir”.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi