Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
BUTA.TV xəbər verir ki, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
1.1. 3.2.2-ci yarımbəndə “cavablandırılması” sözündən sonra “, habelə dincə qoyulması da daxil olmaqla əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarının fiziki şəxslər tərəfindən təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün məlumatların toplanılması, onlara dair arayışın formalaşdırılması və aidiyyəti üzrə ötürülməsi” sözləri əlavə edilsin;
1.2. 3.2.3-3-cü yarımbəndə “cavablandırılması” sözündən sonra “, habelə kənd təsərrüfatı torpaqlarının fiziki şəxslər tərəfindən təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün məlumatların (əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarına münasibətdə “subsidiyalar” altsistemində müvafiq məlumatlar olmadıqda) toplanılması, onlara dair arayışın formalaşdırılması və aidiyyəti üzrə ötürülməsi” sözləri əlavə edilsin;
1.3. 5.1.30-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.31-ci yarımbənd əlavə edilsin:
“5.1.31. təyinatı üzrə istifadə edilən və təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə məlumatlar (arayışlar).”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi