Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına jest etdiyi iddia olunur.
BUTA.TV Bizim.Media-ya istinadla xəbər verir ki, Rövşən Rüstəmovun tapşırığı ilə üç xanım əməkdaşa, o cümlədən yeni müşavir Aysel Soltanovaya "Toyota Karolla" markalı avtomobil verilib. Bildirilir ki, hədiyyə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim olunub.
Aysel Soltanova ona avtomobil hədiyyə olunduğunu inkar etsə də, sonradan məlumatı qismən təsdiqləyərək, ona Azərbaycan Dəmir Yolları QSC tərəfindən xidməti avtomobil verildiyini deyib:
"Mən 19 yaşından rəsmi işləyirəm və kifayət qədər normal əmək haqqı alıram. Aldığım əmək haqqının da vergisini verirəm. Kifayət qədər də peşəkar karyeram var. Mənim nəinki işəgötürənin, heç kəsin, şəxsi həyatda belə kiminsə mənə avtomobil və ya nəsə başqa hədiyyə verməsinə ehtiyacım yoxdur. Azərbaycan Dəmir Yollarında müavin, müşavir və departament direktoru heyətinə imtiyaz olaraq avtomobillər təhkim olunub. Bunu təsdiq edə bilərəm", - deyə Aysel Soltanova qeyd edib.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi