Prezidentliyə namizəd, İran dini rəhbəri Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili iyunun 23-də Təbrizə səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hökumətin yerli idarələrinin səylərinə və bir neçə gün əvvəldən başlayan hazırlıqlara baxmayaraq, Cəlilinin qarşılanma mərasimi qələbəliklə keçməyib.
Təbrizin “Şəhid Mədəni” hava limanına enən Səid Cəlili Təbriz Şəhər Şurasının üzvü, onun seçki qərargahının Təbrizdəki nümayəndəsi Ruhullah Rəşidi və az sayda qrup tərəfindən qarşılanıb.
Təbrizli sosial media istifadəçiləri Cəlilinin qarşılanma mərasimini əks etdirən fotoları paylaşaraq, bunu təbrizlilərin qeyri-türk namizədə cavabı adlandırıblar.
Qeyd edək ki, azərbaycanlı namizəd Məsud Pezeşkian iyunun 26-da Təbrizə gələcək.
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu