Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modelini sınaqdan keçirəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin axırıncı versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq:
"Çox vacib mərhələdir. Bu model üzrə iki ildir işləyirik. Hazırda bu modelin tətbiqinə başlamaqla 2024-cü ildə sınaq, 2025-ci ildə isə qanunvericiliyə dəyişiklik etməklə dövlət qurumlarına işə qəbul prosesini həyata keçirəcəyik".
DİM sədri bildirib ki, səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli, bacarıqlı, dövlət qulluğunda bütün prosesləri şəffaf keçirməyə imkan verəcək.
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu