Ermənistan hökumətinin Fələstin dövlətini tanımaq qərarı İsraili təəccübləndirmədi.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri yazıb.
Məlumata görə, İsrail Təhlükəsizlik Şurası Fələstin dövlətini tanıyan bütün ölkələr üçün münasibətlərin səviyyəsinin aşağı salınması imkanlarının nəzərdən keçirilməsi təklifi ilə çıxış edib.
Bundan əlavə, departament bu ölkələrin İsraildəki diplomatik nümayəndəliklərinin bağlanmasını və ya məhdudlaşdırılmasını tövsiyə edib. Nəticədə bu mövzu ətrafında müzakirələrin davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, Ermənistanın Fələstin dövlətini tanımasına İsrail kəskin reaksiya verib və erməni səfiri XİN-ə çağırıb.
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video