Rusiya qoşunları Donetsk vilayətində hücumlarının sürətini artırır, Xarkov vilayətinin şimalında isə intensivliyi azaldır. Bu, yay hücumuna başladığını göstərir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Xarkov vilayətinə hücumu Ukrayna ordusunun fikrini cəbhənin digər istiqamətlərindən yayındırmaq məqsədi daşıyır.
“Xüsusilə, ruslar iyunun 18-nə keçən gecə Toretsk-Qorlovka istiqamətində hücumların intensivliyini artırıb və iyunun 19-dan 22-nə keçən gecə bu ərazidə hücumların nisbətən yüksək intensivliyini saxlayıblar. Onlar hətta bu sektorda bir neçə taktiki qələbə də qazanıb”, - məlumatda qeyd olunub.
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?