Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.
Onun sözlərinə görə, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib:
"Hazırda çayda azalma müşahidə olunur".
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı