Gecə saatlarından başlayaraq Zaqatala rayon ərazisində hava şəraitinin kəskin dəyişməsi güclü külək və dolu ilə müşayiət olunub.
Rayon Fövqəladə Hallar Komissiyasından BUTA.TV-a verilən məlumata əsasən, güclü külək, leysan və dolu daha çox Makov, Muğanlı, Lahıc kəndləri istiqamətində müşahidə edilib. İri gövdəli ağaclar aşaraq elektrik və rabitə xətlərini zədələyib. Bu səbəbdən Muğanlı, Makov və Lahıc kəndləri istiqamətində avtomobillərin hərəkətində çətinlik yaranıb.
İlkin məlumatlara əsasən, dolu daha çox rayonun Yeni Suvagil kəndinə yağıb. Nəticədə meyvə ağaclarına, bostan-tərəvəz bitkilərinə ciddi ziyan dəyib.
Təbii fəlakət Balakən rayonundan da yan keçməyib. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, küləklə müşahidə edilən leysan və dolu Balakən şəhəri də daxil olmaqla ətraf yaşayış məntəqələrinə xeyli ziyan vurub. Əsasən dolu yağan ərazilərdə şəxsi təsərrüfatlara ziyan dəydiyi bildirilir. Bununla yanaşı, güclü külək nəticəsində Balakən şəhəri və yaxın kəndlərdə ağaclar aşıb, elektrik naqilləri və rabitə xətləri zədələnib.
Külək və leysan yağışları ara verdiyi saatlardan başlayaraq hər iki rayon ərazisində təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video