Marionet rejim güc nümayişi etməyə çalışır.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski Belarusun Ukrayna və Polşa sərhədi yaxınlığında yerləşən hərbi hissələrdə qəfil yoxlamaya başlamasını şərh edərkən deyib.
"Məqsəd müdafiə qüvvələrinin resurslarını başqa istiqamətə yönəltməkdir. Bunlar ümumi “kontur”a uyğun gələn nümayişkaranə hərəkətlərdir. Yaxın vaxtlarda Belarusdan heç bir təhlükə gözlənilmir. Bu, Rusiya hərbi kontingentinin yenidən Belarusa daxil olana qədər davam edəcək", - o bildirib.
Qrabskinin sözlərinə görə, hələlik Belarusun müstəqil şəkildə hərbi əməliyyatlar aparmağa qadir olduğunu söyləmək olmaz:
"Bununla belə, onlar döyüş hazırlığının müəyyən səviyyədə saxlanılması və şəxsi heyətin hazırlığı üçün kompleks tədbirlər həyata keçirirlər".
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video