Ermənistan Qəzza münaqişəsinin əvvəlindən dünyanın böyük əksəriyyəti kimi, iki dövlət ideyasının tərəfdarı idi, bu o deməkdir ki, bu addım əslində məntiqlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı türkoloq Viktor Nadein-Rayevski Ermənistanın Fələstin dövlətini tanıması qərarını şərh edərkən deyib.
O bildirib ki, bu qərarın verilməsi xarici təsirlərlə birbaşa bağlıdır:
“Qərarın məhz indi verilməsinin birinci səbəbi Türkiyə, ikincisi Qərbdir. Diqqət etdinizsə, ilk olaraq Türkiyə XİN Ermənistanın bu qərarını alqışladı. İstisna deyil ki, bu, Ermənistan-Türkiyə gündəmində situasiyadan irəli gələn məsələlərdən biri idi”.
Qeyd edək ki, Ermənistanın bu qərarını Türkiyə başda olmaqla, ərəb ölkələri alqışlasa da, Fələstinin qatı tərəfdarı kimi çıxış edən İran hələ də məsələyə reaksiya verməyib.
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video