Ukrayna şəhərlərini və icmalarını Rusiya bombalarından qorumaq tamamilə mümkündür.
Axr.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraciətində bildirib.
O, ötən gün Rusiyanın Xarkovda yaşayış binasını bombalmasına münasibət bildirərkən deyib:
"Dörd idarə olunan bomba şəhəri vurdu - bu, tamamilə hesablanmış terrordur. Bombalardan biri şəhərin mərkəzi hissəsində, avtovağzalın yanında yerləşən yaşayış binasını dağıdıb. Hazırda şəhərdə 40-dan çox yaralının olduğu məlumdur. Hər kəs ehtiyac duyduğu yardımı alır. Xarkovda bugünkü zərbələr nəticəsində üç nəfər həlak olub".
"Ukraynaya bu bombaların daşıyıcılarını, xüsusən Rusiya hərbi təyyarələrini onların mövcud olduğu yerlərdə məhv etmək üçün lazımi qüvvə və vasitələrə ehtiyacı var. Bu addım lazımdır.
Rusiyanın Xarkova və regiona qarşı raket terrorunun əhəmiyyətli dərəcədə azalması sübut edir ki, şəhərlərimizi və icmalarımızı rus bombalarından qorumaq tamamilə mümkündür", - Zelenski vurğulayıb.
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video
- DİN-dən əməliyyat: saxlanılanlar var - Video
- General hərbi ekspertlə bağlı sirləri açdı – Nələr yazdı?
- Bakının mərkəzi yolları bağlanır