Misirin Baş naziri Mustafa Madbuli 16 turizm şirkətinin lisenziyalarının ləğv edilməsi və onların rəhbərlərinin Məkkəyə səfərləri zamanı zəvvarlara qanunsuz yardım göstərdiyinə görə prokurorluğa təhvil verilməsi barədə göstəriş verib.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin bəyanatında deyilir.
Qeyd olunur ki, göstəriş müxtəlif ölkələrin builki Həcc ziyarəti zamanı 1100-dən çox insanın ölümü barədə məlumat yaymasından sonra verilib:
"Baş nazir bu şirkətlərin lisenziyalarının ləğvi, rəhbərlərinin prokurorluğa verilməsi və onların təqsiri üzündən dünyasını dəyişən zəvvarların ailələrinin xeyrinə cərimə edilməsi barədə göstəriş verib".
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video
- DİN-dən əməliyyat: saxlanılanlar var - Video
- General hərbi ekspertlə bağlı sirləri açdı – Nələr yazdı?
- Bakının mərkəzi yolları bağlanır