İsrail qırıcıları Livanın hava məkanına daxil olaraq Hizbullahın sərhədyanı zonalardakı mövqelərinə raket zərbələri endirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Al Manar” məlumat yayıb.
Bildirilib ki, təyyarələr Meys-əl-Cəbəl yaşayış məntəqəsinin qərbindəki hərbi obyektə zərbə endirib.
Bundan əlavə, Talusa və Ət-Teybi qəsəbələrindəki obyektlər də hədəf alınıb.
Hazırda sözügedən ərazilərə təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib. Hizbullah döyüşçüləri arasında ölən və yaralananların olduğu deyilir.
Qeyd edək ki, bundan öncə Hizbullahın İsrailin artilleriya bazasına zərbə endirməsi barədə məlumat yayılmışdı.
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi