Azərbaycanın daha bir ağırlıqqaldıranı Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 medal qazanıb.
BUTA.TV xəbər verir ki, Məhəmmədəli Məmmədzadə yaşı 15-ə qədər olan atletlər arasında 96 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.
O, birdən qaldırma hərəkətində 120 kiloqramı ram edərək bürünc medala layiq görülüb. Təkanla qaldırmada 146 kiloqramı başı üzərinə qaldıran idmançı bu hərəkətdə gümüş mükafat əldə edib.
M.Məmmədzadə toplam 266 kiloqram (120+146) nəticə ilə yekun sıralamada isə 3-cü olub.
Qeyd edək ki, Avropa çempionatında 38 ölkədən 415 (198 qız + 217 oğlan) atlet qüvvəsini sınayır.
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman