Təhsil müəssisəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.
Neftçala Rayon Prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, Neftçala şəhər humanitar təmayüllü Muğan liseyində baş verən qanunsuzluqlarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı həmin liseydə qeyri-qanuni sinif komplektinin yaradılması və məşğələlərin keçirilməməsi nəticəsində 35 min manatdan artıq dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman