Çeçenistan lideri Ramzan Kadırov 17 yaşlı oğlu Əlini Dövlət Dumasının deputatı Adam Delimxanovun azyaşlı nəvəsi ilə evləndirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. İddia edilib ki, iyunun 8-də Çeçenistan rəhbərinin iki oğlu, 17 yaşlı Əli və 16 yaşlı Adam gizli şəkildə evləniblər.
Jurnalistlər gəlinin anası Xedi Delimxanovanın sosial şəbəkələrini təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, Əlinin həyat yoldaşının yaşı 14-dən çox ola bilməz.
16 yaşlı Adam Kadırov isə Delimxanovun əmisi oğlu senator Süleyman Geremeyevin qızı ilə evlənib. Onun neçə yaşı olduğu məlum deyil.
Jurnalistlərin qeyd etdiyi kimi, Kadırovun oğullarının nüfuzlu çeçenlərin qızları ilə “ikiqat toyu” atasının ölümü halında ailəni qorumaq cəhdidir.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış