ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink iyunun 21-dən 22-dək Hanoyda səfərdə olacaq və burada bu ölkənin yüksək rütbəli rəsmiləri ilə görüşəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət katibinin köməkçisi Birləşmiş Ştatların güclü, müstəqil, möhkəm və firavan Vyetnama dəstəyini bir daha təsdiq edəcək.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Vyetnama səfər edib və əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış