Beyləqan rayonunda ağır yol qəzası baş verib.
Axara.az-ın Report-a istinadən məlumatına görə, hadisə Binnətli kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ markalı minik avtomobili "Mersedes Sprinter" markalı avtomobillə toqquşub. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış