Bakının Bakıxanov qəsəbəsində yerləşən məşhur "Nova Med" klinikasının avadanlıqlarının bir hissəsi satışa çıxarılıb.
BUTA.TV “İqtisadiyyat.az” istinadla xəbər verir ki, klinikanın şəriklərindən biri olan həkim-dermatoloq Qulu Əbülfəzov ona aid payı satır.
Satışa çıxarılan tibbi avadanlıqların ümumi dəyəri 490 000 manat təşkil edir. Q.Əbülfəzov həm klinikanın baş həkimi, həm də qanuni təmsilçisidir.
Bundan əlavə, klinikanın pay sahiblərindən digərinin də razılaşma əsasında ona aid əmlakları sata biləcəyi mümkündür. Onun isə qiyməti açıqlanmayıb.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Ümumilikdə isə "Nova Med" klinikasının yerləşdiyi 660 kvadrat metrlik sahəni əhatə edən üçmərtəbəli bina 6000 manata icarəyə verilir.
Qeyd edək ki, "Nova Med" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ildə dövlət qeydiyyatına alınıb.
- Azərbaycan-İran yeni sərhəd keçid məntəqəsi istifadəyə verilir
- "Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər – "Kristal"
- May ayının havası: intensiv yağışlar...
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Kür qalxdı: Kəndləri birləşdirən körpü su altında qaldı - Foto
- Bakıda 61 milyonluq təmir işləri həyata keçiriləcək
- Xalıq Rəhmanova yüksək vəzifə verildi
- 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur