Ötən gün İran İsraili bombalayanda, ABŞ və İngiltərə müttəfiqlərini tək qoymayanda, atılan bütün raketlərin 99%-i məhv ediləndə müttəfiqliyin nə demək olduğunu anladıq. İsrail ərazisinə yalnız bir neçə raket düşdü. Rusiya başa düşməlidir ki, müttəfiq müttəfiqini tək qoymayandır, onlar isə bizi tək qoydu.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Qagik Melkonyan deyib.
“Biz alternativ axtarmağa başlayanda, Avropaya yaxınlaşmaq istəyəndə bizim Mariya (Mariya Zaxarova - red.) dedi ki, bizi məhv edəcəklər, ABŞ-a, Avropaya bax, dost olduqlarını tək qoyurlar. İndi əziz Mariya, İsrailə bax, bu dövlət ABŞ və İngiltərənin müttəfiqidir, fikir ayrılıqları olsa da, müttəfiqlərini necə dəstəkləyirlər. Bizi dəstəkləyəcək belə bir müttəfiqə ehtiyacımız var. Biz və Azərbaycan müttəfiqimizin sayəsində münasibətləri həll edə bilmirik, çünki o, bu sülhün bağlanmasına imkan vermir ki, burada həmişə varlığını qoruyub saxlaya bilsin”, - Melkonyan bildirib.
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik
- Türkiyə ruslar üçün yaşayış icazələrinin qiymətini artırdı
- Kəmaləddin Heydərov Özbəkistanda səfərdə... - Video