"Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə vermək məqsədilə Abşeron Milli Parkının dəstəyi, Azərbaycan Gənc Rəssamlar Birliyi (AGRB) və "RAN Art studio"nun təşkilatçılığı ilə gənc fırça ustalarının "Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu baş tutub.
"Təbiətimizi tərənnüm edirik onu qorumaq üçün" yaradıcılıq layihəsi çərçivəsində Şahdilinə təşkil edilən turda gənc rəssamlar milli parkın dəniz mənzərəsini, dalğalı sahillərini, quru ilə suyun birləşdiyi Şahdilinin ecazkar peyzajını öz fırçalarında canlandırıb.
Gənc rəssamların Abşeron Milli Parkından başlayan yaradıcılıq layihəsi Azərbaycan təbiətinin gözəlliklərini və möcüzələrini tablolara köçürmək, təbiətimizin qorunmasını təbliğ və təşviq etmək məqsədilə digər milli parkları da əhatə edəcək.
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik
- Türkiyə ruslar üçün yaşayış icazələrinin qiymətini artırdı