Ukraynada vəziyyət çox ağırdır. Kiyevin müttəfiqlərinin daimi və sonsuz köməyinə ehtiyacı var. Ukraynanın hazırda ən çox ehtiyacı olan sursatdır.
BUTA.TV xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
“Mən Avropanın və NATO-nun şərq cinahının təhlükəsizliyinə praqmatik yanaşıram. Bizim maraqlarımız Ukraynanın maraqları ilə eynidir. Ukrayna işğal olunan ərazilərini tam geri qaytarmaq istəyir. Mən sülh danışıqlarından heç bir söhbət eşitməmişəm. Bu, hazırda baş vermir. Bilirəm ki, Vladimir Zelenskinin əraziləri qorumaq və azad etməklə bağlı çox sərt mövqeyi var. Biz mümkün olan hər şeyi etməliyik ki, Ukrayna ondan alınmış bütün əraziləri geri qaytarsın”, - Duda bildirib.
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik
- Türkiyə ruslar üçün yaşayış icazələrinin qiymətini artırdı