"Qaçqınkom"un kollegiyasının tərkibində dəyişiklik edilib.
BUTA.TV xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliklə Kollegiyanın üzvləri siyahısındakı “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru” sözləri “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Hüquq və kadrlar şöbəsinin müdiri” sözləri ilə əvəz edilib.
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik
- Türkiyə ruslar üçün yaşayış icazələrinin qiymətini artırdı